Azərbaycanda həyat sığortası üzrə xidmət göstərən şirkətlər 2015-ci ilin birinci yarısında sığorta haqqı yığımını ötən ilin analoji dövrü ilə müqayisədə 17,5% - 65,9 mln. manatadək artırıblar. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.
Cari ilin birinci yarısında həyat sığortası üzrə ixtisaslaşmış 3 sığorta şirkəti sığorta bazarında sığorta haqlarının 27,2%-ni təmin edib.
Hesabat dövründə şirkətlərin ödənişləri 30,6 mln. manat (artım 8,8 dəfə), xüsusi çəki sığortaçıların bütün ödənişlərinin 33,3%-ni təşkil edib.
Həyat sığortası üzrə sığorta haqlarının strukturunda 56,3% həyatın yığım sığortası, 31,9% - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, 11,5% - həyatın ölüm halından sığorta növlərinin payına düşüb. Ödənişlərin strukturunda bu növlərin payına müvafiq olaraq 90,5%, 3,7% və 5,8% düşüb.
Hesabat dövrü ərzində həyat sığortası üzrə hər 100 manat sığorta haqqına sığortaçılar tərəfindən 46,5 manat məblğində ödəniş həyata keçirilib, 2014-cü ilin yanvar-iyun aylarında bu göstərici cəmi 6,2 manat təşkil edib.
Azərbaycanda “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat” şirkətləri həyat sığortası ilə məşğul olurlar.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət