"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Bank Technique" ASC-nin reytinqlərini geri çağırıb. Bu barədə agentliyin məlumatında bildirilir.
Reytinqlərin geri çağırılmasına səbəb bankın reytinq prosesində iştirak etməməyə qərar verməsi olub.
Təsdiq olunmadan geri çağırılan reytinqlər bunlardır: Xarici valyutada uzunmüddətli EDR “B”-/Rating Watch “Mənfi”; qısamüddətli EDR üzrə “B-”/Rating Watch “Mənfi”; Sabitlik reytinqi üzrə «b-»/Rating Watch “Mənfi”; Dəstək reytinqi “5” .
Beləliklə, agentlik bankın reytinqlərinin dəstəklənməsi üçün kifayət qədər informasiyaya malik olmayacaq.
Müvafiq olaraq “Fitch” bundan sonra bu emitentin reytinqlərini və analizini aparmayacaq.
“Bank Technique”in EDR üzrə “B-” səviyyəsi bankın aktivlərinin keyfiyyətini və zəif kapitallaşmanı əks etdirir. “Fitch” 2015-ci il martın 10-da bankın reytinqini “Rating Watch”un “Neqativ” siyahısına daxil edib. Səbəb manatın devalvasiyası nəticəsində kapitala olan tələblərin pozulması ilə əlaqədardır.
“Bank Technique” 2015-ci ilin I rübünün sonunda kapitala olan minimal tələbləri pozub. Lakin “Fitch” bankın təkrar kapitallaşması barədə potensial planlardan xəbərdar deyil, buna görə bankın reytinqləri təsdiq olunmadan və ya azaldılmadan geri çağırılıb.
“Bank Technique” ASC 1994-cu ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət