“PAŞA Sığorta” şirkəti 2015-ci ilin I yarısında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Hesabat dövründə “PAŞA Sığorta” 39 mln. 469,549 min manat və ya bütün sığortaçıların 2015-ci ilin yanvar-iyun ayları ərzində əldə etdiyi sığorta haqlarının 16,28%-i həcmində sığorta haqqı toplayıb.
Hesabat dövrünün yekunları üzrə toplanmış sığorta haqlarının həcminə görə 10 aparıcı sığorta şirkəti bunlardır: “PAŞA Həyat Sığorta” (32 mln. 782,386 min manat), “Atəşgah Sığorta” (26 mln. 299,363 min manat), “Atəşgah Həyat Sığorta” (21 mln. 660,888 min manat), “Azərsığorta” (19 mln. 485,075 min manat), “AzSığorta” (16 mln. 616,524 min manat), “Qala Həyat” (11 mln. 430,401 min manat), “Mega Sığorta” (11 mln. 335,151 min manat), “Standard Insurance” (9 mln. 594,862 min manat), "AXA Mbask" (8 mln. 934,078 min manat).
Hesabat dövründə lisenziyası olan 27 sığorta şirkətdən 25-i sığorta haqqı toplayıb. Bununla yanaşı, 20 şirkətin topladığı sığorta haqları 1 mln. manatı ötüb.
2015-ci ilin birinci yarısında ən çox ödəniş “Qala Həyat” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 16 mln. 65,368 min manat və ya sığortaçıların bütün ödənişlərinin 17,43%-ni təşkil edib.
Həyata keçirilən ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına “PAŞA Sığorta” (14 mln. 68,350 min manat), “Atəşgah Həyat” (8 mln. 38,191 min manat), "Atəşgah" (7 mln. 538,827 min manat), “PAŞA Həyat Sığorta” (6 mln. 533,919 min manat), “Azərsığorta” (5 mln. 953,543 min manat), "AXA Mbask" (5 mln. 927,652 min manat), “Buta Sığorta” (3 mln. 856,408 min manat), “AzSığorta” (3 mln. 723,230 min manat) və “Standard Insurance” (3 mln. 625,115 min manat) daxildir.
Hesabat dövründə 27 sığorta şirkəti ödəniş həyata keçirib. Bununla yanaşı, 17 sığortaçı tərəfindən ödənişlərin həcmi 1 mln. manatdan çox olub.
Xəbər verildiyi kimi, cari ilin yanvar-iyun ayları ərzində sığortaçıların topladığı sığorta haqlarının ümumi məbləği 242 mln. 398,413 min manat, ödənişləri 92 mln. 137,892 min manat təşkil edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət