“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi 2015-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,2% səviyyəsində proqnozlaşdırır.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar ayında S&P cari il üçün Azərbaycanda iqtisadi artımı 1,9% səviyyəsində proqnozlaşdırmışdı.
Agentliyin qiymətləndirmələrinə görə, 2016-2018-ci illərdə Azərbaycanda iqtisadi inkişaf tempi sürətlənəcək. Xüsusilə 2016-cı ildə respublikada ÜDM 2,5%, 2017-ci ildə 2,7%, 2018-ci ildə 3,2% artacaq (yanvar ayının proqnozu müvafiq olaraq 2,6%, 2,8% və 3,5%-dir - İF-Az).
Bununla yanaşı, 2015-ci ildə ÜDM-in nominal həcmi $58 mlrd. (yanvar ayına olan proqnoz $64 mlrd.), 2016-cı ildə $65 mlrd., 2017-ci ildə $73 mlrd., 2018-ci ildə $80 mlrd. səviyyəsində proqnozlaşdırılır.
S&P-nin proqnozlarına əsasən, Azərbaycanda inflyasiya 2015-ci ildə 8,5% (yanvar ayının proqnozu - 1%), 2016-cı ildə 5%, 2017-ci ildə 4%, 2018-ci ildə 4% təşkil edəcək.
2015-ci ilin yekunları üzrə Azərbaycanda tədiyə balansının profisiti ÜDM-in 2,2%-i (yanvar ayının proqnozu ÜDM-in 1,1%-i), 2016-cı ildə 5,5%-i, 2017-ci ildə 5,9%-i, 2018-ci ildə 5,8%-i səviyyəsində gözlənilir.
Azərbaycan hökuməti 2015-ci ildə ÜDM artımını 4,4%, 2016-cı ildə 5,3%, 2017-ci ildə 4,1%, 2018-ci ildə 5,7% səviyyəsində proqnozlaşdırır. Bu proqnozlar bir barel neftin qiyməti $90 olmaqla tərtib edilib.
Azərbaycan hökuməti 2015-ci ildə orta illik inflyasiyanı 2,3%, 2016-cı ildə 2,5%, 2017-ci ildə 2,2%, 2018-ci ildə 2,1% səviyyəsində proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artıb, orta illik inflyasiya 1,4% təşkil edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət