Bazar günü “BP-Azerbaijan” şirkəti (“Şahdəniz” layihəsinin texniki operatoru - İF) “Şahdəniz” platformasında işi dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“İllik iş proqramının bir hissəsi olaraq “Şahdəniz” platformasında iş, həmçinin Səngəçal terminalında bu layihə çərçivəsində işləyən qurğuların işi planlı şəkildə dayandırılıb”, - deyə mətbuat xidmətindən qeyd ediblər.
Hasilat avqustun 2-dən başlayaraq təxminən 20 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.
Mətbuat xidmətindən vurğulanıb ki, “işlərin dayandırılması 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib”.
“Platformanın müvəqqəti dayandırılması bu ilin hasilat planına da daxil edilib. Bu planlaşdırılmış proqramlar müntəzəm təftiş, profilaktik işlərin həyata keçirilməsi və layihənin həyata keçirilməsi üçün zəruridir. Proqramlar ətraf mühitə ziyan vurmadan obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı istismarının təmin edilməsi üçün də mühüm əhəmiyyət kəsb edir və əsasən obyektlərdə işin müvəqqəti dayandırılmasından sonra həyata keçirməyin mümkün olduğu profilaktik təmir və modifikasiya işlərindən ibarətdir”, - deyə şirkətdən qeyd ediblər.
Daha əvvəl SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirmişdi ki, 2015-ci ildə “Şahdəniz” yatağından 9,8 mlrd. kubmetr həcmində qaz hasilatı proqnozlaşdırılır. 2014-cü ildə “Şahdəniz” yatağından 9,9 mlrd. kubmetr qaz hasil edilib.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı bu yatağın işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 6 quyudan həyata keçirilir.
“Mərhələ-1” 178 mlrd. kubmetr qaz və 34 mln. ton kondensat hasilatını nəzərdə tutur. “Mərhələ-1”in dəyəri $4,1 mlrd. təşkil edir.
“Şahdəniz” konsorsiumunun səhmdarları 2013-cü il dekabrın 17-də Bakıda bu yatağın işlənməsinin “Mərhələ-2” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. təşkil edir. Layihə 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.
“Mərhələ-2” çərçivəsində ilk qaz hasilatına 2018-ci ilə başlamaq planlaşdırılır. “Mərhələ-2” çərçivəsində illik hasilatın pik həcmi 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət