Avqustun 8-dən etibarən “Bakı metropoliteni” QSC vahid ödəniş kartı olan "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarının tətbiqinə başlayacaq. Bu barədə cümə axşamı jurnalistlərə "Bakıkart" layihəsininrəhbəri Ceyhun Əliyev məlumat verib.
“İlkin mərhələdə "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından "BakuBus"MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. Bu kartların təhlükəsizliyi ən yeni texnologiyalardan istifadə olunmaqla ən yüksək səviyyədə təmin edilib", - deyə C.Əliyevqeyd edib.
Onun sözlərinə görə, "BakıKart" plastik kartının dəyəri 2 manat təşkil edir.
"BakıKart Məhdud istifadə üçün" kartının qiyməti də 0,2 manat təşkil edəcək. “Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ karta yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. Metroda gediş üçün tariflərdə heç bir dəyişikliklər nəzərdə tutulmayıb. 1 gediş haqqının dəyəri öncə olduğu kimi, 0,2 manat təşkil edəcək”, - deyə C.Əliyev vurğulayıb.
O, həmçinin məlumat verib ki, yeni kartlar heç bir halda geri qaytarılmır.
Hazırda qüvvədə olan "Metrokart"a gəlincə, kart sahibləri avqustun 15-dək metropolitenin istənilən stansiyalarında onları verərək 2 manat məbləğində girov dəyəri geri qaytara biləcəklər.
“Avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın satışı və bu karta balansın yüklənməsi dayandırılacaq. "Metrokart"ın balansı sıfır olduqda atılır və yeni "Bakıkart" alınaraq istifadə olunur. "Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir”, - deyə layihə rəhbəri qeyd edib.
"Metrokart"ın istifadəsi sentyabrın 30-dan etibarən dayandırılır. Bu zamana qədər həm “Metrokart”, həm də “BakıKART”dan paralel istifadə mümkün olacaq.
Bundan başqa, "Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə ediləcək.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət