Rusiyanın “Lukoyl” şirkəti “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsindəki payının maliyyələşdirilməsi üçün $1 mlrd. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri cümə günü kredit sazişinin imzalanması mərasimindən məlumat verir.
Kredit Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) tərəfindən sindikatlaşdırılıb.
Sindikatlaşmanın iştirakçıları Qara Dəniz Ticarət və İnkişaf Bankı, “Societe Generale” bankı (Fransa), “Bank of China” (Çin), İNG (Hollandiya) və “UniCredit”dir (İtaliya).
Kreditin ümumi məbləğindən $470 mln. AYİB və AİB, $60 mln. – “Societe Generale” tərəfindən təqdim edilib. AYİB və AİB öz vəsaitləri hesabına 12 il müddətinə $250 mln. ayırıb, yuxarıda adları çəkilən kommersiya banklarından isə $220 mln. vəsait cəlb ediblər.
“"Lukoil Overseas” şirkətinin hasilat üzrə vitse-prezidenti Sergey Suçok imzalama mərasimində bildirib ki, bu kredit şirkətin enerji resurslarının hasilatı üzrə layihələr üçün bu günə qədər cəlb etmiş olduğu ən iri kreditdir.
““Lukoyl” üçün bu hadisə böyük əhəmiyyətə malikdir, çünki bizim şirkət ilk gündən “Şahdəniz” layihəsində iştirak edir. Bu, şirkətin ilk xarici aktividir”,- deyə S.Suçok qeyd edib.
O, həmçinin deyib ki, “Şahdəniz” layihəsi dünyada ən böyük layihələrdən biridir və onun ikinci mərhələsinin həyata keçirilməsi “Şahdəniz” yatağından qaz hasilatının illik həcmini 9 mlrd. kubmetrdən 26 mlrd. kubmetrə qədər artırmağa imkan verəcək.
“Lukoyl” şirkətinin məlumatına əsasən, “Şahdəniz” yatağından pik səviyyədə - 26 mlrd. kubmetr həcmində qaz hasilatına 2022-ci ildə nail olunacaq və bu, 2027-ci ilə qədər davam edəcək.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. təşkil edir. Layihə 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını, 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, 16 mlrd. kubmetr həcmində əlavə qazın nəqli üçün Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin artırılmasını və Azərbaycan qazının Avropaya nəqli üçün 4000 kilometr uzunluğunda boru kəmərlərinin tikintisini nəzərdə tutur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət