Azərbaycanda Mineral EhtiyatlarınHasilatıilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün(EITI)tətbiqi üzrə çoxtərəfli qrup çərşənbə axşamı hökumətin mədən sənayesindən əldə etdiyi gəlirlərə dair 18-ci hesabatını dərc edib.
Hesabat 2013-cü il yanvarın 1-dən dekabrın 31-nə qədər olan dövrü əhatə edir.
Hesabata əsasən, Azərbaycan hökuməti 2013-cü ildə mədən sənayesi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən vergi və digər daxilolmalar qismində $461,538 mln. və 2 mlrd. 140,771 mln. manat vəsait əldə edib.
Azərbaycanda mədənçıxarma sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər 2013-cü ildə dövlətə 157,130 mln. barel neft, 2 mlrd. 323 mln. 599,842 min kubmetr qaz, 6,715 min unsiya qızıl, 0,107 min unsiya gümüş, 0,022 min unsiya mis konsentratında qızıl və 21,136 min unsiya mis konsentratında gümüş təhvil veriblər.
Hökumətin gəlirlərinin strukturunda $62,725 mln. Azərbaycanın mənfəət neftinin, $383,841 mln. mənfəət qazının, $2,359 mln. abunə və digər bonuslar üzrə ayırmaların, $2,335 dövlət torpaqlarının istifadəsinə görə akrhesabı ödənişlərin, $10,278 mln. tranzit ödənişlərin payına düşüb.
Bununla yanaşı, şirkətlər dövlətə 1 mlrd. 770,904 mln. manat vergi ödəyiblər. Bunun 1 mlrd. 492,153 mln. manatını mənfəət vergisi, 119,342 mln. manatını mədən vergisi, 108,633 mln. manatını ƏDV, 10,018 mln. manatını torpaq vergisi, 38,128 mln. manatını əmlak vergisi, 2,630 mln. manatını digər vergilər təşkil edib.
369,867 mln. manat isə qiymət fərqləri ilə bağlı daxilolmaların payına düşüb (Azərbaycanın dövlət büdcəsində və dünyada neft qiymətlərinin fərqi - İF-Az).
Hesabatın hazırlanması 2004-cü il noyabrın 24-də EITİ-nin reallaşdırılması üzrə hökumət komissiyası, xarici və yerli şirkətlər, qeyri-hökumət təşkilatları koalisiyası arasında imzalanmış memoranduma müvafiq olaraq həyata keçirilir.
Memoranduma uyğun olaraq mineral resursların hasilatı ilə məşğul olan şirkətlər ildə bir dəfə hökumətə ayırmalar haqqında məlumat verməli, hökumət isə bu şirkətlərdən daxil olan gəlirlər barədə hesabat təqdim etməlidir. Bütün məlumat auditor şirkətinə təqdim olunur və şirkət onun əsasında hökumətin mədən sənayesindən əldə etdiyi gəlirlərə dair ümumi hesabat hazırlayır.
EITI üzrə hesabatlar ildə bir dəfə ilin yekunlarına əsasən hazırlanır. Sonuncu dəfə 2013-cü ilin iyun ayında dərc edilmiş belə hesabat 2012-ci ilə dair olub.
Xəbər verildiyi kimi, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə 2003-cü ildə qoşulub.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət