2015-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatının həcmi 16 mln. ton təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
ABƏŞ-in məlumatına əsasən, 2015-ci ilin birinci yarısında şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərclərin həcmini ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 23,6% - $1,308 mlırd.-a qədər azalıb.
“Qeyd olunan məbləğdən hesabat dövrü ərzində ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərcləri $359 mln., əsaslı xərcləri $949 mln. təşkil edib”, - deyə mətbuat xidmətin qeyd ediblər.
Bu dövrdə orta sutkalıq neft hasilatı sutkada 641 min barrel təşkil edib.
Bununla belə, hesabat dövründə orta hesabla “Çıraq” platformasından sutkada 55 min barel, “Mərkəzi Azəri” platformasından 157 min barel, “Qərbi Azəri” platformasından 107 min barel, “Şərqi Azəri” platformasından 71 min barel, “Dərinsulu Günəşli” platformasından 145 min barel, “Qərbi Çıraq” platformasından 106 min barel neft hasil edilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə AÇG blokundan 31,5 mln. ton neft hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət