“BP-Azerbaijan” şirkəti Azərbaycanın Xəzər dənizi sektorunda “Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Biz bu müqavilə blokunda 3D seysmik kəşfiyyat məlumatlarının öyrənilməsini başa çatdırdıq. Proses 18 ay davam edib, indi ilk kəşfiyyat quyusunun qazma işləri üçün bir ilə yaxın müddət lazım olacaq”, - deyə şirkətdən qeyd ediblər.
“BP-Azerbaijan” “Şəfəq-Asiman” müqavilə blokunda tədqiqat qazıntısına 2016-cı ilin dördüncü rübündə başlamağı planlaşdırırdı. Lakin 2014-cü ilin may ayında şirkət bəyan edib ki, qazma əməliyyatlarına başlanması müddəti boş qazma qurğusunun olmasından asılıdır.
Xəbər verildiyi kimi, “Şəfəq-Asiman” strukturunda quyunun dərinliyi təxminən 6500-7000 metr təşkil edəcək, qazıntı zamanı burada yüksək təzyiq və temperaturlar gözlənilir. Struktur sahəsində dənizin dərinliyi 650-950 metr arasındadır. İlkin məlumatlara görə, məhsuldar qalın təbəqə təxminən üç kilometr təşkil edir və 5 km-dən 8 km-ə qədər dərinlikdən başlayır.
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) və “BP Exploration” şirkətləri arasında blokun təqdiqatına dair müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma imkanı ilə 30 il müddətinə nəzərdə tutulub,.
Müqavilənin şərtlərinə görə, əgər tədqiqat proqramı neft ehtiyatlarını təsdiqləsə, onda hər 100 mln. barel neft üçün bonus $1 mln. təşkil edəcək. Blokda kommersiya işlənməsinin başlamasından sonra 3 gün ərzində $50 mln. məbləğində bonus ödənməlidir.
Bundan başqa, “BP Exploration” hər il müqavilə sahəsinin hər 1 kv. kilometri üçün Azərbaycana $2 min məbləğində akrhesabı ödənişlər verməlidir.
“Şəfəq-Asiman” blokunun ümumi sahəsi 1100 kvadrat metr təşkil edir. Burada indiyə qədər geolojı tədqiqat işləri aparılmayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət