Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyaların böyük əksəriyyəti öz fəaliyyətləri haqqında illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər. Bu barədə MSK-nın sədr müavini Natiq Məmmədov məlumat verib.
“Hazırda 51 siyasi partiya öz fəaliyyəti haqqında illik maliyyə hesabatlarını MSK-ya təqdim edib və ölkə ictimaiyyəti bu məlumatlarla MSK-nın saytında tanış ola bilərlər”,- deyə N.Məmmədov cümə axşamı MSK-da təşkil edilmiş siyasi partiyaların maliyyə hesabatlarına həsr olunan seminarda bildirib.
O, yaxın günlərdə qalan partiyaların da öz maliyyə hesabatlarını MSK-ya təqdim edəcəklərinə ümid etdiyini söyləyib.
“MSK-nın ölkənin siyasi partiyaları ilə əməkdaşlığına böyük ehtiyac duyulur. Bu mənada belə seminarların təşkili çox vacibdir.”,- deyə N. Məmmədov qeyd edib.
O, MSK-nın siyasi partiyalarla aktiv əlaqələrinin inkişafını müsbət qiymətləndirib.
“ Daimi əməkdaşlıq mövcud problemlərin və qarşıda duran məsələlərin həlli baxımından çox vacibdir. Bizim əlaqələrimizi müsbət qiymətləndirmək olar. Siyasi partiyaların nümayəndələri əməkdaşlığın inkişafına öz töhfələrini verirlər”,- deyə MSK –nın sədr müavini əlavə edib.
Onun sözlərinə görə, bundan sonra geniş ictimaiyyət siyasi partiyaların maliyyə hesabatları haqqında bir mənbədən- MSK-nın saytından məlumat ala biləcəklər.
“ Biz hamımız bilirik ki, cəmiyyət üçün siyasi partiyaların fəaliyyətinin şəffaflığının təmin edilməsi nə qədər vacibdir. Bura həmçinin partiyaların maliyyə hesabatları da daxildir”,- deyə o qeyd edib.
Seminarda siyasi partiyaların, Maliyyə Nazirliyinin və Azərbaycan Auditorlar Palatasının nümayəndələri iştirak edirlər.
Hazırda 4 partiya illik maliyyə hesabatlarına dair məlumatları MSK-ya təqdim etməyib.
İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.
Azərbaycanda 55 siyasi partiya rəsmi qeydiyyatdan keçib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət