Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) indiyədək dövlət torpaqlarının istifadəsi sahəsində 2,1 mindən artıq qanunvericiliyin pozulması halı aşkar edib. Bu barədə Komitənin məlumatında deyilir.
“54 hal üzrə İnzibati protokol tərtib edilib, bundan 35 hal üzrə 65,608 min manat cərimə olunması barədə qərar qəbul olunub”, - deyə məlumatda qeyd edilir.
Həmçinin məlumatda deyilir ki, cümə günü Bakıda torpaq münasibətlərinin tənzimlənməsində vahid dövlət idarəçiliyi və torpaq bazarının təşkilinə dair İşgüzar Forum keçirilib. Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bakı şəhəri və rayon icra hakimiyyətlərinin rəhbər vəzifəli işçiləri, bələdiyyə sədrləri və üzvləri, ictimai təşkilatlar və mətbuat nümayəndələri iştirak ediblər.
Belə forumların keçirilməsinə iyulun əvvəlindən başlanılıb.İndiyədək Şirvan, Ucar, Şamaxı, Sumqayıt, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Beyləqan və Xaçmazda bu cür forumlar artıq keçirilib.
“İşgüzar Forumların keçirilməsinin əsas məqsədi torpaqların vahid mərkəzdən dövlət idarəçiliyinin prinsip və mexanizmlərini, habelə dövlət torpaqlarının daha səmərəli mühafizəsi və istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində görülən işlərin açıqlanmasıdır”, - deyə məlumatda deyilir.
Forumda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov qeyd edib ki, vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsi və idarəçiliyində innovativ üsulların, habelə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir yanaşmalar və yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür.
R.Cəlilovun sözlərinə görə, Bakı və regionlarda dövlət torpaqlarının mühafizəsi, təyinatı üzrə istifadəsi, əsassız istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması, bu sahədə nəzarət tədbirlərinin görülməsi ilə bağlı monitorinq və reydlər keçirilir.
Bundan başqa, o qeyd edib ki, torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir. Artıq bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Bu sistem ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət