2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 18,8% - 4 mlrd. 841,3 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 51,7%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövrü ərzində mədənçıxarma sənayesinə investisiya qoyuluşları 4 mlrd. 172 mln. manat (artım 21,5%) təşkil edib.
Emal sənayesinə 335,5 mln. manat (artım 2,4 dəfə) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 84,3 mln. manat (azalma 49,2%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 249,5 mln. manat (azalma 26,2%) investisiya qoyulub.
Bundan başqa, yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 190,1 mln. manat (azalma 46,2%), rabitə və informasiya sahəsinə 187,5 mln. manat (artım 2,5 dəfə), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 419,2 mln. manat (azalma 38,9%), təhsil sahəsinə 151 mln. manat (azalma 53,9%) investisiya qoyuluşu həyata keçirilib.
2015-ci ilin yanvar-iyul aylarında yaşayış evlərinin tikintisi sahəsinə 589 mln. manat (azalma 1,6%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət