İranın müdafiə naziri Hüseyin Dehqan İranın Rusiyadan S-300 zenit raket sistemi ( ZRS) almasına dair yeni müqaviləni təsdiq edib. Müqaviləyə əsasən İran əvvəlki müqavilədə nəzərdə tutulduğu kimi 5 deyil, 4 ZRS alacaq.
Çərşənbə axşamı jurnalistlərlə söhbətdə nazir qeyd edib ki, Rusiya İrana müasir sistemlər tədarük edəcək.
“Rusiya tərəfi S-300 sisteminə texnoloji dəyişiklik etməyi və İrana modern raket kompleksləri tədrük etmək barədə öhdəlik götürüb”,- deyə İran KİV-ləri H.Dehqana istinadən yazıb.
Nazirin sözlərinə görə, İran tərəfi 1 və ya 2 həftə sonra müqavilə imzalamağı nəzərdə tutur.
O , həmçinin qeyd edib ki. müqavilə imzalandıqdan sonra qısa müddət ərzində İrana gətiriləcək.
Çərşənbə axşamı vəziyyətlə tanış olan mənbədən “İnterfaks- ABN” -ə bildirilib ki, yeni Rusiya-İran müqaviləsi dörd diviziya ZRS-nin tədqürükünü nəzərədə tutacaq.
“İranla ilkin mərhələdə 3 diviziyanın alınmasından söhbət gedirdi, daha sonra tərəfdaşlarımız daha bir sistem almaq istədiklərini bildirdilər”,- deyə agentliyə bildirilib.
Bununla yanaşı, o qeyd edib ki, yeni müqavilənin dəyəri əvvəlkilərə uyğun gələcək.
“Həmin müqavilənin dəyəri $900 mln. təşkil edirdi, yeni müqabilənin dəyəri bundan az olmayacaq”,- deyə mənbədən bildirilib.
2007-ci ildə Moskva və Tehran arasında İrana 5 ZRS-nin tədarük edilməsi və $900 mln. məbləğində “ Almaz -Antey” HHM konserninin işlənməsi və istehsalı üzrə müqavilə imzalanıb. 2010-cu ildə BMT TŞ-nin İrana qarşı sanksiyalarından sonra o zaman prezident postunda olan Dmitri Medvedev Tehrana ZRS-nin tədarükünü qadağan edib. Əvvəlki müqavilə qüvvədən düşüb, HHM sistemləri isə komplektləşdirilib və utilizasiya edilib. Rusiyanın İrana ZRS satışına dair müqavilədən imtina etməsi ilə əlaqədar olaraq Cenevrə münsiflər məhkəməsi “Rosoboroneksport”u $4 mlrd. çərimə etmək barədə iddia qaldırıb.
2015-ci il aprelin 13-də Vladimir Putin S-300 sistemlərinin İrana tədarük edilməsi üzərindəki qadağanın qaldırılmasına dair fərman imzalayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət