Dünyanın iri dövlətləri, o cümlədən BMT Təhlükəsizlik Şurasına daxil olanlar, bu gün beynəlxalq hüququn əsas prinsipləri ilə fəal manipulyasiya edirlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Malvina/Falkland adaları ətrafında mübahisə və beynəlxalq hüquq” mövzusnda dəyirmi masada bəyan edilib.
“London Malvina/Falkland adalarına dair Böyük Britaniya və Argentina arasında mövcud münaqişədə xalqların öz müqəddəratını təyin etmək hüququ ilə manipulyasiya edir”, - deyə argentinalı hüquqşünas, Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun professoru Marselo Kohen bildirib.
Onun sözlərinə görə, Malvina/Falkland adalarına dair Böyük Britaniya xalqların öz müqəddəratını təyin etmək hüququnu siyasi alət qismində istifadə edir.
“Malvina/Falkland adalarının gələcəyinə dair son qərarı yalnız Argentina xalqı qəbul edə bilər, çünki bu adalar Argentinaya məxsusdur. Həmin adalarda demoqrafik prosesləri daim öz nəzarəti altında saxlayan Böyük Britaniya onların statusunu müəyyən edə bilməz”, - deyə M.Kohen qeyd edib.
O həmçinin Dağlıq Qarabağ münaqişəsinə münasibətini bildirib.
“Dağlıq Qarabağ xalqı mövcud deyil. Dağlıq Qarabağın suverenliyinin təyin olunması məsələsinə gəlincə isə, orada yaşayan ermənilər özünün dili və ənənələrini müdafiə edə bilməyən etnik azlıqdırlar. Lakin onlar Dağlıq Qarabağın suverenliyinin tanınmasını tələb edə bilməzlər”, - deyə M.Kohen vurğulayıb.
Öz növbəsində SAM-ın direktoru Fərhad Məmmədov qeyd edib ki, müasir dünyada böyük dövlətlər tərəfindən beynəlxalq hüquq prinsipləri ilə manipulyasiya prosesləri müşahidə edilir.
“Bu gün ərazi bütövlüyünün təminatı, xalqların öz müqəddəratını təyin etmək və gücün tətbiq olunmaması üzrə beynəlxalq hüquq prinsipləri ilə fəal manipulyasiya müşahidə olunur. Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan dövlət sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün təminatı prinsipini dəstəkləyir. Ermənistan isə, öz növbəsində, bəyan edir ki, xalqların öz müqəddəratını təyin etmək prinsipi başlıca amildir. Əslində isə, hər üç prinsip eyni mühüm əhəmiyyət kəsb edir və böyük dövlətlərin keçmiş müstəmləkə dövründə müasir dünyada süquta uğradığı zaman xalqların və ya ərazilərin müqəddəratının təyin edilməsi ümumi qəbul edilən dövlət sərhədləri çərçivəsində ölkələrin tərkibində müxtariyyətlər şəklində onların statusunun müəyyən olunması formasında həll edilməlidir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra qonşu Azərbaycan və Osmanlı cəmiyyəti arasında xristianların məskunlaşdığı region yaratmaq məqsədilə ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsinə başlandı.
“Bu, müsəlman xalqların bir-biri ilə əlaqə yaratmaması üçün həyata keçirildi. Beləliklə, Osmanlı imperiyasına təsir göstərmək üçün yeni alət formalaşdırıldı”, - deyə F.Məmmədov bildirib.
O qeyd edib ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpağında formalaşıb.
“Qeyd etmək lazımdır ki, böyük dövlətlər, həmçinin BMT Təhükəsilzik Şurasının üzvləri də beynəlxalq hüququn bu 3 prinsipi ilə manipulyasiya edirlər. Biz beynəlxalq hüquq və həmin dövlətlərə arxalanaraq danışıqlarda iştirak edirik, onlar isə tamamilə əks mövqedən çıxış edirlər. Bunu Kosovo və Krıma qarşı münasibətdə görmək mümkündür”, - deyə SAM-ın direktoru vurğulayıb.
Onun sözlərinə görə, dünyada ikili standartlar siyasətinin fəal tətbiqi şəraitində münaqişə vəziyyətlərinin həlli xüsusi çətinlik təşkil edir.
O qeyd edib ki, əhali ilə manipulyasiya həm Maldiva məsələsi, həm də Dağlıq Qarabağ münaqişəsində baş verir.
“Bizim üçün “işğalçı” sözü mənfi məna kəsb edir. Lakin BMT TŞ-nin 4 üzvü məhz işöal ilə məşğuldur. Və “işğalçı” sözünü onlar mənfi mənada deyil, normal qəbul edirlər”, - deyə F.Məmmədov bildirib.
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət