Serbiya ikili standartlar siyasətindən əziyyət çəkən ölkə kimi münaqişələrin nizamlanmasında onların aradan qaldırılmasının tərəfdarıdır. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya XİN başçısı İvitsa Daçiç belə bəyan edib.
“Biz Helsinki Yekun Aktının prinsiplərini dəstəkləməli və onların icrasının təmin edilməsinə tərəfdar olmalıyıq. İkili standartların aradan qaldırılmasına nail olmalıyıq”, - deyə o, bazar ertəsi Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşün yekunları ilə bağlı keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Kosovo problemi ilə əlaqədar Serbiya dövlətlərin ərazi bütövlüyü məsələsinə həssas yanaşır. Dağlıq Qarabağ probleminə toxunan İ.Daçiç münaqişə zonasında yeni qurbanlara səbəb olan gərginlikdən narahatlıq ifadə edib. O, Bakı və İrəvanı atəşkəs haqqında sazişin şərtlərinə riayət etməyə çağırıb.
“Ermənistan XİN başçısı ilə tezliklə keçiriləcək görüş zamanı bir sıra təkliflər irəli sürəcəyəm. Düşünürəm ki, onların hamısı hərəkət azadlığının təmin edilməsi üçün konsepsiya ola bilər”, - deyə ATƏT-in sədri İrəvanda keçiriləcək danışıqların yekunları barədə E.Məmmədyarovu məlumatlandırmağa söz verib.
“Hər iki tərəfdən siyasi iradəyə tələbat var. Biz vasitəçilər, uzunmüddətli olacaq və hər iki tərəfi təmin edəcək həllin tapılmasına çalışacağıq”, - deyə İ.Daçiç vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət