Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) məişət kondisionerlərinin istehsalı və satışı ilə məşğul olan “Bakı Kondisioneri” (Bakı Kondisioner Zavodu - İF-Az) SC-nin səhmlərinin 90,3%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə ƏMDK-dan məlumat verilib.
SC-nin 869,616 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici sərmayədarlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı beynəlxalq standartlara cavab verən sənaye və məişət kondisionerlərinin istehsalına yönəlməlidir. Bununla əlaqədar proqramda müasir texnologiyaların tətbiqi, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi və onun çeşidlərinin artırılması, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflər, eləcə də bu məqsədlə ayrılan investisiyaların həcmi və müddəti nəzərdə tutulmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 950 min manat köçürməlidir
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 30 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti isə 60 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2015-ci il sentyabrın 28-nə qədər qəbul ediləcək. Təkliflər sentyabrın 30-də qiymətləndiriləcək
Xəbər verildiyi kimi, müəssisə 2013-cü ilin aprel ayında investisiya müsabiqəsinə çıxarılıb, lakin müəssisənin səhmlərinə alıcı çıxmayıb.
Bakı Kondisioneri” SC Bakı şəhərində yerləşir. Müəssisə 1975-ci ildə istismara verilib. SC-də 290 nəfər işçi çalışır.
2015-ci il avqustun 1-nə SC-nin öhdəlikləri 4 mln. 528,467 min manat təşkil edib, debitor borcları 251,391 min manat həcmindədir.
2015-ci il aprelin 1-nə müəssisənin nizamnamə kapitalı 1 mln. 926,06 min manata bərabərdir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət