Bakı Ali Neft Məktəbi (BANM) və Yaponiyanın Vaseda Universiteti arasında əməkdaşlıq yaradılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-ın mətbuat xidmətindən məlumat verilib.
BANM rektoru Elmar Qasımov və professor-müəllim heyəti Yaponiyanın Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və İNPEX Korporasiyasının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirib
Rektor BANM və onun nailiyyətləri haqqında qonaqları məlumatlandırıb. O, Azərbaycan və Yaponiyanın neft-qaz sektorunda mövcud olan ikitərəfli əlaqələrdən bəhs edərək gələcəkdə BANM və Vaseda Universiteti arasında perspektivli əməkdaşlıq qurulmasının mümkünlüyünü vurğulayıb. E. Qasımov Vaseda Universitetinin professoru Masanori Kuriharanı 2016-ci ilin mart ayında İNPEX Korporasiyasının təşkilatçılığı ilə Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində BANM-də tələbələrə master-klass keçməyə dəvət edib.
Öz növbəsində, professor Masanori Kurihara təmsil etdiyi universitetin adından BANM-lə əməkdaşlığa maraqlı olduğunu bildirib. O, gələcəkdə BANM və Yaponiyanın Vaseda Universiteti arasında mühəndislik ixtisasları üzrə tələbə və professor-müəllim heyətinin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması təklifi ilə çıxış edib.
Görüşün sonunda BANM-in professor-müəllim heyəti öz təklif və tövsiyələrini irəli sürərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda 2016-ci ilin mart ayında Vaseda Universitetinin professoru tərəfindən BANM-də tələbələr üçün professional treninqlərin təşkil olunmasına razılıq əldə olunub.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət