“Şvabe” holdinqinin əmtəə nişanı Azərbaycanda Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatında 16 sinif üzrə kiril və latın əlifbalarında qeydiyyata alınıb.Bu barədə holdinqin məlumatında bildirilir.
Holdinqin məhsullarının bütün çeşidi – geodeziya, təbabət, optik və işıq texnikası avadanlıqları dövlət tərəfindən müdafiə ediləcək. “Şvabe” həm də öz brendi altında Azərbaycan ərazisində elmi araşdırmalar, təcrübə-konstruktor işləri aparmaq və sənaye məhsullarını təhlil etmək hüququnu rəsmiləşdirib”,- deyə məlumatda qey edilir.
“Şvabe” holdinqi əvvəllər Azərbaycana optik cihazlar, geodeziya avadanlıqları və tibbi texnika tədarük edib.
“Bizim Azərbaycana tədarük etdiyimiz məhsulların spektri kifayət qədər rəngarəngdir. Müxtəlif illərdə biz Azərbaycana müxtəlif optik cihazalar və geodeziya avadanlıqları tədarük etmişik. Bizim tibb sahəsində sıx və qarşılıqlı faydalı əməkdaşlığımız yaranıb. Ölkə ərazisində əmtəə nişanının qeydiyyatdan keçməsi işgüzar münasibətlərin inkişafında əlamətdar addımdır. Bu, azərbaycanlı tərəfdaşlarımızı qaçaqmal məhsullarından qorumaq imkanı verməklə yanaşı, həm də müxtəlif birgə layihələr reallaşdırmaq üçün zəmin yaradacaq”,- deyə məlumatda holdinqin baş direktorunun satış, xarici iqtisadi fəaliyyət və marketinq üzrə müavini Anatoli Sludnıxa istinadən bildirilib.
“Rostex” dövlət korporasiyasına daxil olan “Şvabe” holdinqi Rusiyanın optik-elektron sahələrinə aid əsas müəssisələri birləşdirir. Holdinqin tərkibinə Rusiyanın regionlarından (Moskva və Moskva vilayəti, Yekaterinburq, Sankt-Peterburq, Kazan, Novosibirsk və digər şəhərlər), eləcə də xaricdən (Çin, Almaniya, İsveçrə, Belarus) 64 təşkilat, o cümlədən elmi-tədqiqat institutları, konstruktor büroları, elmi-istehsalat birlikləri daxildir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət