Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Emilya Məmmədovanın Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsində qalib gəldiyi layihəsi əsasında “Public Speech” (İctimai danışıq) adlı ikigünlük təlim keçirilib. Bu barədə BANM-in mətbuat xidmətindən məlumat verilib.
Layihənin təlimçisi BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının III kurs tələbəsi Zərifə Orucova olub.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədriSeymur Orucov iştirak ediblər. BANM-in rektoru qonaqları və təlim iştirakçılarını salamlayıb. O, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasının yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan verdiyini deyib.
Rektor bildirib ki, BANM-in tələbələri bu layihələrin həyata keçirilməsi üçün oz ideyalarını və təşəbbüslərini irəli sürürlər, müstəqil şəkildə icra edirlər. O, E.Məmmədovanın layihəsinin nitq mədəniyyətinin inkişaf etdirilməsi üçün çox vacib bir layihə olduğunu vurğulayıb və BANM-in yuxarı kursları üçün nitq mədəniyyəti üzrə dərslərin keçirilməsinin planlaşdırıldığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Gənclər Fondunun məqsədi, yaranması və fonda təqdim olunan layihələrin istiqamətlərindən danışıb. F.Hacıyev bu fondun gənclərin yaradıcı ideyalarının həyata keçirilməsinə dəstək vermək üçün yaradıldığını bildirib. O, bu prosesin tamamilə şəffaf şəkildə internet vasitəsilə müraciətlərin qəbul olunması ilə həyata keçirildiyini deyib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Bakı Ali Neft Məktəbinin uzun ömürlü və uzun taixi olan bir çox universitetləri geridə qoyduğunu bildirib. O, deyib ki, BANM-in yaranması ilə ali təhsil məkanına yeni sağlam rəqabət gəlib və sağlam rəqabət olan yerdə həmişə inkişaf olacaq.
“Public Speech” adlı layihənin əsas məqsədi gənclərin ingilis dilində ictimai danışıq bacarıqlarını inkişaf etdirmək, liderlik xüsusiyyətlərini aşılamaq, müxtəlif mövzularda müasir təqdimat üsullarını öyrətmək, ali məktəblərin tələbələrini bir araya gətirərək, onların fəal ictimai fəaliyyətləri ətrafında müzakirələr aparmaqdır.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət