Kənd Təsərrüfatı Nazirliyi arıçılıq sahəsində məhsuldarlığın artırılmasına kömək edəcək. Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Əbdüləliyev cümə axşamı “Yerli arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu” mövzusunda keçirilən tədbirdə deyib.
“Dünya üzrə orta göstəricilərə əsasən bir arı ailəsindən 20 kq məhsul əldə edilir. Azərbaycanda bu göstərici 10 kq-a bərabərdir. Biz həm arı təknələrinin sayını, həm də onların məhsuldarlığını artırmaq fikrindəyik”, - deyə Q.Əbdüləliyev bildirib.
O söyləyib ki, nazirlik 2015 və 2016-cı illərdə yerli arıların genofondunun inkişaf etdirilməsi üzrə işlər aparmağı planlaşdırır.
Nazirlik, həmçinin ötən ildən arıçıların qeydiyyatının aparılmasına başlayıb və bu gün ölkədə 7,5 min arıçı qeydiyyata alınıb.
“Bundan başqa, biz yerli balın qablaşdırılmasına çox diqqət yetiririk, bu sahədə standartlar işləyib hazırlamağı planlaşdırırıq”, - deyə o əlavə edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Bəxtiyar Qılıncov yerli arıçıların məhsullarının reklamında turizmin rolu barədə danışıblar. Tədbir çərçivəsində Azərbaycan arıçılarının məhsullarının sərgisi təşkil edilib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət