Almaniya-Azərbaycan Forumu (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şleyer və Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazir müavini Günter Horzetskinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 30-da Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir.
“Almaniya Bundestaqının bir sıra üzvləri və onları müşayiət edəcək alman şirkətlərinin təmsilçilərindənibarət nümayəndə heyətinin səfərinin məqsədi iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi və inkişaf etdirilməsindən ibarətdir”, - deyə məlumatda bildirilir.
Oktyabrın 2-də başa çatacaq səfər çərçivəsində nümayəndə heyəti oktyabrın 1-də Energetika Nazirliyində görüş keçirəcək.
“Almaniyanın “SMS Group GmbH.”, “Claas Global Sales“, “WILO SE” , “Vallourec Deutschland GmbH.” kimi nüfuzlu şirkətləri və “Deutsche Bank”ın yüksək səviyyəli təmsilçilərinin qatılacağı görüşdə enerji sahəsində əməkdaşlıq məsələləri də əsas müzakirə mövzularından olacaq”, - deyə məlumatda qeyd olunur.
2006-cı ildə Berlində yenidən təsis edilmiş Almaniya-Azərbaycan Forumu (DAF) öz fəaliyyətini iki ölkə arasında ikitərəfli münasibətlərin təşviq edilməsi, siyasi, iqtisadi, mədəni əlaqələrin intensivləşdirilməsi və elmi mübadilənin inkişaf etdirilməsi istiqamətində davam etdirir.DAF iki ölkənin hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə bir sıra tədbirlər təşkil edərək, iki dövlət arasında münasibətlərin inkişafına xidmət edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət