Çexiya prezidenti Miloş Zeman azərbaycanlı iş adamlarını Çexiya iqtisadiyyatına investisiya qoymağa dəvət edib.
“Çex Respublikasına bir sıra Azərbaycan sərmayələri qoyulsa, çox şad olaram”, - deyə o, dünən Bakıda prezident İlham Əliyevlə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
“Ölkəmizdə mehmanxanalar və kurortlar, investisiya baxımından digər münasib məkanlar var. Tam əmin ola bilərsiniz ki, Çexiyada qoyulmuş maliyyə sərmayələri özünü doğruldacaq”, - deyə prezident qeyd edib.
Çexiya prezidenti əlavə edib ki, onun ölkəsi Azərbaycanla iqtisadi əlaqələrin, o cümlədən kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Çexiya neftin təxminən 30%-ni Azərbaycandan idxal edir.
M.Zeman söyləyib ki, çərşənbə günü keçiriləcək Azərbaycan-Çexiya biznes-forumunda iqtisadi məsələlər müzakirə olunacaq.
O, prezident İlham Əliyevi Çex Respublikasına rəsmi səfərə dəvət edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət