Azərbaycan Beynəlxalq Bankı (ABB) Avropa İnvestisiya Bankından (AİB) 50 mln. avro məbləğində kredit cəlb edib. Bu barədə ABB-nin məlumatında deyilir.
ABB və AİB arasında müvafiq müqavilə imzalanıb.
ABB cəlb edilmiş kredit vəsaitlərini Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu sahədəki prioritet biznes layihələrinin mliyyələşdirilməsinə yönəldəcək.
“Xidmət və qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər bu imkandan istifadə edə biləcəklər. Cəlb edilmiş vəsaitlər ölkə iqtisadiyyatının şaxələndirilməsinə kömək edəcək, eyni zamanda ABB-nin kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində mövqeyini gücləndirəcək”,- deyə bankın məlumatında bildirilir.
Avropa İnvestisiya Bankı Avropa İttifaqının maliyyə-kredit müəssisəsidir. Bank uzunmüddətli kreditlər ayırmaqla inkişafın maliyyələşdirilməsinə xidmət edir. Səhmdarları Aİ-yə üzv ölkələrdir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i fiziki və hüquqi şəxslərə məxsusdur.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət