Azərbaycan Avstriyaya kənd təsərrüfatı məhsullarının ixracını artırmaqda maraqlıdır. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
Iqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən, nazir Ş.Mustafayev Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexlə görüşüb.
Görüşdə nazir vurğulayıb ki, Avstriya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bununla belə, onun fikrincə, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, yüksək texnologiyalar, kimya, əczaçılıq, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur.
Ş.Mustafayev əlavə edib ki, Azərbaycan Avstriyaya ixrac etdiyi məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının çeşidini artırmaqda maraqlıdır.
O, həmçinin Avstriya şirkətlərini Azərbaycanda yaradılan sənaye parklarında fəaliyyətə dəvət edib.
Öz növbəsində A.Vex qeyd edib ki, bu ilin oktyabrında rəsmi şəxslərdən və iş adamlarından ibarət Avstriya nümayəndə heyəti Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, Avstriya şirkətləri alternativ enerji, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlıqda maraqlıdır. Bundan başqa, Avstriya şirkətləri Azərbaycan regionlarında fəaliyyət göstərməkdə maraqlıdır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət