ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun noyabrın 1-nə Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etməkdən imtina etməsi düzgün addım deyil. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri belə hesab edirlər.
Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının üzvləri ilə keçirilən görüşdə siyasi partiya rəhbərləri bəzi beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartlarının təəssüf doğurduğunu qeyd ediblər.
Azərbaycanlı deputatlar AŞPA nümayəndələrinə seçkiqabağı vəziyyət, siyasi partiyaların dialoqu, respublika ilə Avropa Şurası arasındakı əlaqələrdən bəhs ediblər.
Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyasının parlamentin sədrinin müavini, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Ələsgərovla görüşü zamanı Azərbaycanda seçki qanunvericiliyi, seçkiqabağı vəziyyət, seçki komissiyalarının tərkibi məsələlərinə toxunulub. Parlamentin sədrinin müavini qeyd edib ki, ölkədə mövcud qanunvericilik qarşıya çıxan bütün problemləri balanslaşdırılmış şəkildə həll etməyə imkan verir.
Avropa Parlamentinin Azərbaycanla bağlı sonuncu qərəzli qətnaməsi barədə danışan V.Ələsgərov qarşılıqlı münasibətlərdə bərabərhüquqlu əməkdaşlığın vacib olduğunu diqqətə çatdırıb.
Həmçinin AŞPA-nın nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə təmsil olunan nümayəndələri ilə görüşüb.
Partiyanın icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, YAP qarşıdan gələn seçkilərdə iştirak etmək üçün öz namizədlərini elan edib. O, Avropa Parlamentinin qəbul etdiyi qətnaməni tənqid edib və qeyd edib ki, son il yarımda Avropa Parlamenti Azərbaycanla bağlı üç belə qətnamə qəbul edib. Onların hər birinin Azərbaycandakı mühüm hadisələr ərəfəsində qəbul edilməsi onu deməyə əsas verir ki, bu qətnamələrin arxasında ancaq siyasi maraqlar dayanır.
Görüşdə seçkiqabağı monitorinqin ədalətli olacağına inam ifadə edilib.
Bundan başqa, AŞPA-nın seçkiləri müşahidə missiyası və Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin üzvlərinin görüşü keçirilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə vurğulayıb.
AŞPA-nın nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tərəfindən də qəbul edib.
Avropa Şurası Parlament Assambleyasının 5 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda seçkiqabağı vəziyyətlə tanış olmaq üçün Bakıda ikigünlük səfərdədir. Nümayəndə heyətinə ispaniyalı Xordi Xukla rəhbərlik edir.
Səfərin məqsədi Milli Məclisə noyabrın 1-də keçiriləcək növbəti seçkilər ərəfəsində seçki kampaniyası və çərçivələrinin qiymətləndirilməsidir.
AŞPA-nın nümayəndə heyəti Milli Məclisin spikeri, parlamentdə təmsil olunmuş partiya və siyasi qrupların liderləri, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirəcək.
Həmçinin AŞPA-dakı Azərbaycan parlamentinin nümayəndə heyəti, MSK sədri, KİV və QHT nümayəndələri ilə görüşlər nəzərdə tutulub.
AŞPA nümayəndə heyəti səfərin yekunlarına dair bəyanatla çıxış edəcək.
Nümayəndə heyətinə İspaniya, Almaniya, Makedoniya və Türkiyə nümayəndələri daxildir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət