Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Sessiya dövründə Avropada miqrasiya böhranına siyasi və humanitar reaksiyalar, tranzit ölkələrdə çətinliklər, ictimai sağlamlığın və xəstələrin qorunmasına dərman sənayesinin təsiri, ATƏT-in fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək.
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi bir qrup deputat tədbirdə iştirak edir. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.
Sessiyada deputat R.Hüseynovun “Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
Azərbaycan nümayəndə heyətinin səfəri oktyabrın 4-nə qədər davam edəcək.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət