İsveçrənin "Stadler Rail Group" şirkəti 2016-cı ilin iyul-avqust aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sifarişi ilə respublikaya yataq tiplisərnişin vaqonlarının tədarükünə başlayacaq. Bu barədə QSC-nin məlumatında deyilir.
ADY-nin sifarişi 30 yataq tipli sərnişin vaqonunun hazırlanmasını nəzərdə tutur, bu vaqonlar Bakı-Tbilisi-Qars marşrutu üzrə daşımalarda istifadə olunacaq. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq. İlk 10 vaqonun Azərbaycana 2016-ci ilin iyul-avqust aylarında gətirilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.
ADY-nin məlumatına görə, bazar ertəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda yataq tipli sərnişin vaqonlarına baxış keçirib və hazır birinci vaqon gövdəsinin qəbul edilməsi mərasimində iştirak edib.
Səfər çərçivəsində C.Qurbanov şirkətin Busnanq şəhərində yerləşən ən böyük zavodunda da olub.
Xəbər verildiyi kimi, 2014-cü il iyunun 11-də “Azərbaycan Dəmir Yolları” QSC və "Stadler Rail Group" şirkəti arasında 30 sərnişin vaqonunun satınalınması haqqında müqavilə imzalanıb.
Müqavilənin dəyəri 120 mln. İsveçrə frankı təşkil edir. Sifarişə hər biri 28 nəfər üçün nəzərdə tutulmuş 27 yataq tipli vaqon, 3 vaqon-restoranın tədarükü daxildir. Qatarlar 2016-cı ilin ortalarından 2017-ci ilin ortalarına qədər tədarük olunacaq. Bundan başqa, müqavilədə ehtiyat hissələrinin tədarükü və qatarların xidmət personalının təlimi də nəzərdə tutulub.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar. Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tiflis hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət