2015-ci ildə respublika müstəqillik əldə etdiyi ilk illərlə müqayisədə Azərbaycan Silahlı Qüvvələrində cinayətlərin sayı yüz dəfələrlə azalıb. Bu barədə Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsininn mətbu orqanı olan “Xalq” qəzetində dərc edilmiş məqaləsində deyilir.
“Konkret olaraq 1992-1993-cü illərlə müqayisədə bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı təqribən yüz dəfələrlə; hərbi xidmətdən yayınma cinayətlərinin, o cümlədən fərarilik cinayətlərinin sayı min dəfələrlə, qəsdən adam öldürmə cinayətlərinin sayı iki dəfəyədək azalıb, döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə qeydə alınmayıb”, - deyə prokuror qeyd edib.
Onun sözlərinə görə, qeydə alınmış cinayətlərin 98,8%-i, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.
“2003-cü illə müqayisədə 2015-ci ildə qəsdən adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55%, digər səbəblərdən ölümlər isə 10% azalıb. 2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalıb, zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri isə ümumiyyətlə qeydə alınmayıb”, - deyə X.Vəliyev vurğulayıb.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət