Energetika Nazirliyi Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərini müəyyənləşdirib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Bu istiqmətlər yerli və xarici mütəxəssislərin, energetika sahəsində fəaliyyət göstərən qurumların rəy və təkliflərini nəzərə almaqla müəyyən edilib. Onların məqsədi ölkənin bütün enerji ehtiyatlarının (təbii qaz, elektrik enerjisi, su, günəş, külək, sənaye-məişət tullantıları və s.) səmərəli istifadəsinə, bu ehtiyatların tam şəkildə enerji balansında iştirakına və ölkə iqtisadiyyatının yüksək templə inkişafına nail olmaqdır”, - deyə məlumatda qeyd olunur.
Nazirliyin məlumatına görə, energetika sektorunun strateji inkişaf planının yüksək prioritet təşkil edən məsələləri aşağıdakı istiqamətləri əhatə edir: energetika sektorunun 25-30 illik inkişaf strategiyasının hazırlanması; enerji resurslarından səmərəli istifadə, son tələbatçının enerji effektivliyi və alternativ enerji mənbələrindən istifadə üzrə 15-20 illik Dövlət Proqramının hazırlanması; energetika sektorunun inkişafı üzrə 5 illik Dövlət Proqramının hazırlanması; qanunvericilik və normativ-hüquqi bazanın yaradılması.
Energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının təmin edilməsi üçün bu sahədə təkmilləşdirilməsi çox mühümdür. Bu məqsədlə aşağıdakı vəzifələrin yerinə yetirilməsi məqsədəuyğundur: elektrik enerjisi üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin hazırlanması; təbii qaz üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin hazırlanması; daxili enerji bazarlarını (elektrik və təbii qaz üzrə) tənzimləyən Müstəqil Tənzimləyici orqan haqqında qanun layihəsinin hazırlanması; elektrik enerjisi üzrə Şəbəkə Məcəlləsinin hazırlanması; təbii qaz üzrə Şəbəkə Məcəlləsinin hazırlanması.
O cümlədən bazar subyektlərinin strukturlaşdırılması və tarif siyasəti sahəsində aşağıdakı tədbirlərin keçirilməsi təklif edilir. Xüsusilə elektrik enerji və təbii qaz sistemlərinin (“Azərenerji” ASC, ”Azərişıq” ASC, “Azəriqaz” İB) strukturlarının qanunvericilikdə nəzərdə tutulan bazar subyektləri əsasında yenidən qurulması; son tələbatçıların və digər bazar subyektlərinin maraqlarını əks etdirən, bölüşdürülə bilən, məhsulun və xidmətin maya dəyərinə əsaslanan (X-faktorla) elastik tariflər sisteminin yaradılması nəzərdə tutulur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət