Tarif Şurası (TŞ) 1,126 min dərman vasitəsinin pərakəndə qiymətlərini təsdiq edib. Bu barədə TŞ-nin məlumatında deyilir.
TŞ-nin bazar ertəsi keçirilmiş iclasında 47 adda dərman vasitəsinin (1,126 min preparat) qiymətləri təsdiq edilib.
Yeni qiymətlər 1 dekabr 2015-ci il tarixindən etibarən qüvvəyə minəcək.
Ümumilikdə, indiyədək TŞ 2,183 min dərman vasitəsinin qiymətlərini təsdiq edib. Bununla belə, 53% preparatın qiymətləri 2 dəfədən artıq, 28%-nin - 3 dəfədən artıq endirilib. Qiymətlərin azaldılması satışda olan dərman vasitələrinin 98%-nə şamil olunacaq.
Əsas dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi 2015-ci ilin sonuna kimi başa çatacaq.
Xəbər verildiyi kimi, sentyabrın 15-dən Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə başlanılıb. Azərbaycanda qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ümumilikdə 4,5 mindən artıq adda dərman vasitəsini (20 mindən artıq dərman vasitəsi) əhatə edəcək. Tənzimləməyə, ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmaqla, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyinin qiymətləndirmələrinə əsasən, dövlət tərəfindən tənzimlənmə dərmanların qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına imkan verəcək.
Tarif Şurası 9 iyun tarixindən etibarən dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurulan qiymət tənzimlənməsi məqsədilə təsdiq edilmiş bəyannamə formalarının qəbuluna başlayıb.
Tarif Şurası “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formalarını təsdiq edib. Təlimat özündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərin müəyyən edilməsi, həmin dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını ehtiva edir.
2015-ci ilin iyun ayında Azərbaycan hökuməti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət