Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının birgə təşkilatçılığı ilə Şəki şəhərində “Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və BMT-nin insan hüquqları mexanizmləri” mövzusunda təlim keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Şəki Şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən bildirilib ki,insan hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən islahatların beynəlxalq və milli səviyyədə təbliği məqsədilə keçirilən ikigünlük təlimdə şəhər İcra Hakimiyyəti və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri iştirak ediblər. Təlimin ilk günü “İnsan hüquq və azadlıqlarına dair beynəlxalq standartlar və BMT-nin rolu” mövzusunda məruzə təqdim olunub, dinləyicilərə BMT-nin Nizamnamə qurumları və Universal Dövri İcmalı barədə məlumat verilib. Daha sonra dinləyicilər “BMT-nin insan hüquqlarına dair müqavilə qurumları” və “BMT-nin İnsan Hüquqları Şurasının xüsusi prosedurları” mövzularına dair məlumat əldə ediblər. Təlimin ikinci günü dinləyicilərə “İnsan hüquqlarının müdafiəsində Milli İnsan Hüquqları təsisatlarının rolu”, “Azərbaycanda insan hüquqları sahəsində qəbul edilmiş milli fəaliyyət proqramları və BMT-nin mexanizmləri ilə əməkdaşlıq perspektivləri”, “BMT-nin insan hüquqları mexanizmi çərçivəsində qəbul olunmuş qərar və tövsiyələrin icrasında Milli İnsan Hüquqları institutlarının rolu”, “İnsan hüquqlarının monitorinq texnologiyaları və mərhələləri” mövzularında məruzələr təqdim olunub.
İ.Əhmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət