Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin yüksək səviyyədə kredit götürməsinin qarşısını almaq üçün kredit təşkilatlarına tövsiyələr təqdim edib. Bu barədə bankın baş direktoru Rəşad Orucov cümə günü “Məsuliyyətli maliyyələşməyə yol” mövzusunda investisiya yarmarkasında bildirib.
“AMB maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə banka metodoloji sənədlər, həmçinin məsuliyyətli kreditləşmə sahəsində tövsiyələr təqdim edib. Yalnız kredit təşkilatları deyil, borcalanlar da kreditləşməyə məsuliyyətlə yanaşmalıdırlar”, - deyə R.Orucov bildirib.
Bununla əlaqədar o, əhalinin maliyyə savadlılığının artırılmasına dair tədbirlərin əhəmiyyətini qeyd edib.
Maliyyə təşkilatlarının nümayəndələrinə müraciətində R.Orucov deyib ki, onların hər biri - banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları “bir gəmidədirlər” və istehlakçıların yüksək dərəcədə kreditləşdirilməsi risklərinə məsuliyyətlə yanaşmalıdırlar.
İnvestisiya yarmarkası Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən təşkil olunub.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət