Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) fəaliyyət sahəsinin genişləndirilməsi korrupsiya və bürokratiyanın aradan qaldırılması üçün effektiv vasitə olacaq. Bu barədə prezident İlham Əliyev bəyan edib.
““ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. “ASAN xidmət”də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə, burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır”, - deyə prezident Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə, “ASAN xidmət”in praktikası bütün yerlərdə tətbiq edilməli və funksiyaları genişləndirilməlidir.
İ.Əliyev qeyd edib ki, bir neçə il öncə “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsinə inqilaba çevrilib, artıq 6 mln. şəxs bu xidmətə müraciət edib və əksəriyyəti bu xidmətdən razı qalıb.
“Mən hökumətdən yeni təkliflər gözləyirəm ki, hansı xidmətləri, hansı funksiyaları biz “ASAN xidmət”ə əlavə olaraq verməliyik”, - deyə o bildirib və korrupsiya ilə mübarizə sahəsinə ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bununla yanaşı, dövlət başçısı iqtisadi islahatların gücləndirilməsinin zəruriliyini qeyd edib. “Biz çalışmalıyıq ki, iqtisadi islahatları daha da dərinləşdirək və iqtisadiyyatı liberallaşdırmaq üçün əlavə tədbirlər görək”, - deyə o bildirib.
Prezident “Fitch Ratings” beynəlxalq agentliyinin Azərbaycana iqtisadi sahədə "BBB-" investisiya reytinqini verməsindən məmnunluq ifadə edib və daha da yüksək reytinqlərə nail olmaq üçün çalışmaq lazım olduğunu vurğulayıb. İ.Əliyev deyib ki, maliyyə nizam-intizamı gücləndirilməli, israfçılığa yol verilməməlidir.
“Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Büdcəyə daha çox vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar”, - deyə İ.Əliyev söyləyib.
Dövlət başçısının qeyd etdiyi kimi, Dövlət Neft Fondundan transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir. Mövcud vergidən azadolmalar və güzəştlər sisteminə yenidən baxılmalıdır.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət