2016-cı ildə dövlət büdcəsinin vergi gəliri 7 mlrd. 615 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2015-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 4,1% azdır. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çərşənbə axşamı parlamentdə gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyan edib.
2016-cı ilin büdcə gəlirləri 14 mlrd. 566 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bununla belə, gələn ilin dövlət büdcəsinin vergi gəlirləri 7 mlrd. 615 mln. manat, qeyri-vergi gəlirləri 6 mlrd. 951 mln. manat səviyyəsində proqnozlaşdırılır. 2015-ci ilin yekunları üzrə gözlənilən göstərici ilə müqayisədə gələn il dövlət büdcəsinin vergi gəlirləri 4,1%, qeyri-vergi gəlirləri 25,4% azalacaq”, - deyə V.Gülməmmədov bildirib.
Onun fikrincə, dövlət büdcəsinin vergi gəlirlərinin artımı üçün imkanlar var. “Xüsusilə bəzi vergi və gömrük güzəştlərinə təkrar baxılmalı, onların bəzilərinə məhdudiyyətlər qoyulmalıdır”, - deyə o qeyd edib.
V.Gülməmmədov vergi inzibatçılığının gücləndirilməsi və vergi borclarının dövlət büdcəsinə ödənilməsinin vacibliyini də vurğulayıb. “1 iyul 2015-ci il tarixinə vergi borcları 2,66 mlrd. manat təşkil edir”, - deyə o əlavə edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət