Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti sığorta agentlərinə lisenziya verilməsi və sığorta şirkətlərində vəzifəli şəxslərin sertifikasiyası prosedurlarına dəyişiklik etməyi planlaşdırır. Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov cümə axşamı Böyük Britaniyanın “Chartered Insurance Institute”un (CII) lisenziyası əsasında “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Proqramının təqdimat mərasimində məumat verib.
“Hazırda lisenziyalaşdırma (sığorta agentlərinin - İF-Az) proseduruna test imtahanı daxildir. Gələcəkdə sertifikasiya aparılacaq, CII-nin materiallarının tərcüməsi isə dərs vəsaiti kimi xidmət edəcək”, - deyə N.Xəlilov bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə bu proqram tələbələr və sığorta sektorunda yeni çalışmağa başlayan şəxslər, sığorta agentləri üçün tətbiq olunacaq. Gələcəkdə isə sığorta şirkətlərinin vəzifəli şəxslərinin sertifikasiyasi zamanı mühüm alətə çevriləcək.
Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) Direktorlar Şurasının sədri Rüfət Mahmudun sözlərinə görə, sertifikasiyanın keçirilməsi üçün treninqlərə noyabr ayında başlanacaq. “Artıq dekabr ayında ölkədə CII standartları üzrə sertifikatlaşdırılmış ilk sığortaçılar yaranacaq”, - deyə R.Mahmud vurğulayıb.
Onun sözlərinə görə, treninqləri Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), sertifikasiya prosesini isə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) keçirəcək. Sertifikasiyanın dəyəri 40 manat təşkil edəcək.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət