2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 11 mlrd. 831,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-sentyabr aylarında kapital qoyuluşlarının ümumi həcmindən 7 mlrd. 206,4 mln. manat (bütün investisiyaların 60,9%-i) istehsalat təyinatlı obyektlərin, 3 mlrd. 822,8 mln. manat (bütün investisiyaların 32,3%-i) xidmət obyektlərinin inşasına yönəldilib.
Hesabat dövründə 4 mlrd. 968,3 mln. manat (bütün investisiyaların 42%-i) xarici investisiyaların, 6 mlrd. 862,9 mln. manat (bütün investisiyaların 58%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-sentyabr aylarında neft sektoruna 5 mlrd. 351,5 mln. manat (bütün kapital qoyuluşlarının 45,2%-i), qeyri-neft sektoruna 6 mlrd. 479,7 mln. manat (bütün kapital qoyuluşlarının 54,8%-i) həcmində investisiya qoyulub.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 8 mlrd. 755 mln. manat və ya bütün kapital qoyuluşlarının 74%-ni (artım 6%) təşkil edib.
Qeyd olunan dövrdə dövlət müəssisə və təşkilatları tərəfindən 3 mlrd. 738,7 mln. manat (bütün investisiyaların 31,6%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 8 mlrd. 92,5 mln. manat (bütün investisiyaların 68,4%-i) həcmində kapital qoyuluşları həyata keçirilib.
Yanvar-sentyabr aylarında müəssisə və təşkilatların vəsaitləri hesabına 8 mlrd. 209,8 mln. manat (artım 25,2%), bank kreditlərinin hesabına 660,5 mln. manat (artım 78,9%), büdcə vəsaitlərinin hesabına 2 mlrd. 211,8 mln. manat (azalma 47,9%), büdcədənkənar fondların vəsaitləri hesabına 210,7 mln. manat (azalma 18,3%), əhalinin vəsaitləri hesabına 385,1 mln. manat (artım 4,9%), digər mənbələr hesabına 153,3 mln. manat (artım 2,3 dəfə) həcmində kapital qoyuluşları həyata keçirilib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət