Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclası öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Qazaxıstanın “Kazinform” dövlət agentliyinə istinadən məlumat verir.
İclasda iştirak edən tərəflər BMT-nin yaradılmasının 70 illiyi, beynəlxalq terrorçuluqla mübarizəyə dair bəyanatlar və Çernobıl AES-də baş vermiş qəzanın 30-cu ildönümü ilə bağlı müraciətlə çıxış edəcəklər.
İclasda təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılacaq. MDB dövlət başçıları təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması və hüquq-mühafizə sahələrində bir sıra beynəlxalq müqavilələr imzalayacaqlar.
MDB Dövlət Başçıları Şurasının iclasında 2020-ci ildək Hərbi Əməkdaşlıq Konsepsiyası, 2016-2020-ci illər üçün xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin möhkəmlənməsinə dair Əməkdaşlıq Proqramı qəbul ediləcək.
Bundan başqa, dövlət başçıları gələcəkdə humanitar əməkdaşlığa xüsusi önəm vermək niyyətindədirlər. Xüsusilə tərəflər Daşoğuz şəhərini 2016-cı ildə MDB-nin mədəniyyət paytaxtı seçərək Türkmənistanda “Birliyin mədəni paytaxtları” dövlətlərarası proqramını reallaşdırmağı planlaşdırırlar.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət