Energetika Nazirliyi ölkənin yanacaq-enerji kompleksinin inkişafı üzrə 2026-cı ilə qədər olan dövrü əhatə edən dövlət proqramı layihəsini hazırlayır. Bu barədə energetika naziri Natiq Əliyev məlumat verib.
“Hazırda nazirlik tərəfindən “Azərbaycan Respublikasının yanacaq yanacaq-enerji kompleksinin inkişafı (2015-2025-ci illər) Dövlət Proqramı layihəsinin hazırlanması ilə bağlı işlər görülür, həmçinin “Enerji resurslarından səmərəli istifadə və son tələbatçıların enerji effektivliyi üzrə Dövlət Proqramı (2015-2025-ci illər) layihəsi hazırlanıb”, - deyə nazir “Respublika “ qəzetində dərc edilmiş məqaləsində bildirib.
“Energetika Nazirliyi tərəfindən “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti, o cümlədən Dövlət Neft Şirkətindən alınan təbii qaza görə ödənişlərin tam aparılması, energetikanın inkişafına investisiya qoyuluşları, paylayıcı elektrik şəbəkələrində əsaslı yenidənqurma işlərinin aparılması və maliyyələşdirmə məsələləri araşdırılaraq təhlil edilib, müvafiq sahənin sağlamlaşdırılması üçün bir sıra təkliflər irəli sürülüb”, - deyə o əlavə edib.
N.Əliyev deyib ki, nazirlik Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması üçün bir sıra normativ hüquqi aktları və düzəlişlərin layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Bundan əlavə, Energetika Nazirliyi enerji resurslarından səmərəli istifadə sahəsində fəaliyyəti tənzimləyən qanun layihələrinin hazırlanması üzrə işləri davam etdirir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət