Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasda 2016-ci ildə ünvanlı sosial yardımın müəyyən edilməsi üçün “ehtiyac meyarı”nı 105 manat səviyyəsində təsdiq edib ki, bu da 2015-ci ilin göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Bundan başqa, iclasda “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun qəbul edilib. Qanuna əsasən, yaşayış minimumunun məbləği 136 manat təşkil edəcək (2015-ci ilin göstəricisindən 3,8% çox).
Bundan başqa, gələn ilə əmək qabiliyyətli vətəndaşlar üçün yaşayış minimumu 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat səviyyəsində müəyyən edilib.
Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Ünvanlı sosial yardımın həcmi “ehtiyac meyarı” və ailənin bir üzvünün gəliri arasındakı fərqə əsasən hesablanır. Gəliri bu meyardan aşağı olan ailələr ünvanlı sosial yardım alıcılarıdır.
A.Axundov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət