“Azərsu” ASC Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi üçün podratçı seçir. Bu barədə cəmiyyətin tender elanında qeyd edilir.
Seçim Koreyanın İxrac-İdxal Bankının maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilir və Koreya şirkətləri arasında aparılacaq.
Tenderdə iştirak haqqı 300 manat ($286) təşkil edir.
Tender təklifləri 4 dekabr 2015-ci il tarixinə qədər qəbul olunur. Tender proseduru dekabrın 4-də keçiriləcək.
Xəbər verildiyi kimi, Koreyanın İxrac-İdxal Bankı (exim-bank) “Azərsu” ASC-yə məhsuldarlığı sutkada 40 min kubmetr olan Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi üçün $43,5 mln. məbləğində güzəştli kredit təqdim edib. Kredit ilk 10 ili güzəştli olmaqla 40 il müddətinə və illik 0,2% dərəcəsi ilə ayrılır.
Qurğunun istifadəyə verilməsi və yaxın qəsəbələrdə kanalizasiya infrastrukturu yaradılandan sonra Abşeron yarımadasının şimal hissəsində böyük ərazidə yaranan çirkab suların Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq.
Perspektivdə bu qurğuda Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Dığah, Məştağa və digər yaşayış məntəqələrindən axıdılan çirkab suların təmizlənməsi və zərərsizləşdirilməsi həyata keçiriləcək.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət