Son 10 il ərzində Azərbaycanda nəqliyyat sektorunun inkişafına $15 mlrd. investisiya qoyulub. Bu barədə Azərbaycanın baş nazirinin müavini Abid Şərifov cümə günü Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının açılışında çıxışı zamanı bəyan edib.
“Son 10 il ərzində Azərbaycanda nəqliyyat sektorunun inkişafına $15 mlrd. vəsait qoyulub. Bu vəsait 4 yeni hava limanının tikintisi və mövcud 2 hava limanının əsaslı modernləşdirilməsinə, təyyarə və helikopter parklarının tam yenilənməsinə, həmçinin ən müasir "Boeing" və “Airbus” təyyarələrinin alınmasına yönəldilib”, - deyə baş nazirin müavini bildirib.
A.Şərifovun sözlərinə görə, həmin vəsait hesabına uçuşları idarəetmə üzrə yerüstü xidmət tam modernləşdirilib və Skytrax-ın xidmət keyfiyyəti və səviyyəsini qiymətləndirən müstəqil beynəlxalq auditinin nəticələrinə əsasən “AZAL” QSC-yə “4 ulduz” reytinqi verilib.
Sessiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Şuranın icra orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) 25 illiyinə həsr olunub.
Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında ICAO-nun prezidenti Olumuiva Benard Aliu və regional direktoru Luis Fonseka de Almeyda, xarici işlər və nəqliyyat nazirləri, mülki aviasiya xidmətlərinin, aviasiya müəssisələrinin, 1991-ci ildə imzalanmış Mülki Aviasiya və Hava Məkanından İstifadə haqqında Sazişin iştirakçısı olan dövlətlərin təhsil və elmi mərkəzlərinin rəhbərləri iştirak edirlər.
Dövlətlərarası Şuranın mənzil-qərargahı Bakıda yerləşir. Qərargah Şuranın 34-cü sessiyasının qərarına uyğun olaraq “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikasının ərazisində yerləşməsinin şərtləri haqqında” Saziş əsasında açılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət