2015-ci ilin oktyabr ayının 1-nə “Azərpoçt” MMC-nin (Azərbaycanın milli poçt operatoru) aktiv ödəniş kartlarının sayı 11,326 minə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
“Cari ilin 9 ayı ərzində bu kartlar vasitəsi ilə 18 mln. manat məbləğində əməliyyat həyata keçirilib. Hazırda “Azərpoçt” 15 bankomat və 127 pos-terminal vasitəsi ilə ekvayrinq həyata keçirir. 10 ədəd pos-terminal 2015-ci ilin yanvar-sentyabr aylarında quraşdırılıb”,- deyə məlumatda qeyd edilir.
Həmçinin hesabat dövründə “Azərpoçt” müştəriləri üçün mobil bankinq xidmətini istifadəyə verib.
MMC-nin bütün poçt şöbələri “Contact”, “Caspian Money Transfer”, “Zolotaya korona” beynəlxalq təcili pul köçürmələri sistemlərinə qoşulub.
“Azərpoçt”un məlumatına əsasən, 2015-ci ilin 9 ayı ərzində MMC-nin maliyyə xidmətləri göstərmək üçün Azərbaycan Mərkəzi Bankından lisenziya almış poçt şöbələrinin və filiallarının sayı 1167-yə çatıb.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdudlaşdırılmış lisenziya verib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət