Prezident İlham Əliyev bəyan edib ki, respublika hökuməti sahibkarlığın inkişafına əngəl törədən dövlət strukturları və şəxsləri gələcəkdə də cəzalandıracaq.
“Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın. Bunun üçün biznes mühiti yaxşılaşdırılır, biznesə əngəl olan şəxslərlə mübarizə aparılır. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”, - deyə İ.Əliyev bazar günü Sumqayıt şəhərində bir sıra sənaye müəssisələrinin açılış mərasimində bildirib.
Dövlət başçısı əlavə edib ki, ictimaiyyət və sahibkarlar görürlər ki, bu gün hakimiyyət biznesə əngəl olan şəxslərə qarşı konkret tədbirlər görür. “Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq”, - deyə o qeyd edib.
İ.Əliyev bir daha bütün iş adamlarını Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa dəvət edib. “Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür”, - deyə o əlavə edib.
İ.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda fəal sənayeləşmə siyasəti aparılır. “Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident əlavə edib ki, ölkədə sənayeləşmə siyasəti çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı yaradılır. “Parkda artıq ilk müəssisələr yaradılır. Növbəti illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Artıq 1 milyard dollardan çox məbləğin qoyuluşu nəzərdə tutulur”, - deyə o qeyd edib.
Parkda reallaşdırılan layihələr arasında prezident “SOCAR Polymer” şirkətinin layihələrini (polipropilen və yüksək sıxlıqlı polietilen zavodarının tikintisi - İF-Az) qeyd edib. “Bu layihələrə 750 milyon dollar sərmayə qoyulacaq və bu sərmayə öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaq. Bu, çox böyük investisiya layihəsidir və əminəm ki, vaxtında icra ediləcək. Beləliklə, Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım atılacaq”, - deyə dövlət başçısı əlavə edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət