Bakı Ali Neft Məktəbinin (BANM) EBSCO Məlumat Xidmətinin EBSCO Axtarış Xidmətini tətbiq etməsi haqda məlumat beynəlxalq sosial şəbəkələrdə dərc olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, EBSCO Company, NBC (The National Broadcasting Company is an American commercial broadcast television and radio network – Amerika Televiziya və Radio Kommersiya Yayımı Milli Yayım Şirkəti), The Librarian News Wire-LISWire-də (Kitabxana Xəbər Şəbəkəsi), eləcə də Facebook, Linkedin, Twitter kimi sosial şəbəkələrdə ali məktəbin kitabxanasının strateji inkişaf istiqamətlərini müəyyənləşdirən Gələcəyə Doğru planında EBSCO Axtarış Xidmətinin növbəti 3 il ərzində mühüm rol oynayacağı vurğulanıb. “Bakı Ali Neft Məktəbi EBSCO Axtarış Xidmətini seçir” (EDS Ali Məktəbin kitabxanasının inkişaf planını dəstəkləyir) başlıqlı yazıda bildirilir ki, “Gələcəyə Doğru planının mühüm komponentlərindən biri tələbə və tədqiqatçıların dəyişən ehtiyaclarına uyğun rəqəmsal materialların və xidmətlərin təminatıdır. BANM-in rektoru Elmar Qasımovun sözlərinə görə, sürətli və münasib axtarış nəticələri təmin etməklə EDS tələbələrin ehtiyaclarını ödəyəcək: “EDS müəllim və tələbələrimizi münasib mənbələrlə təmin edəcək. Üstün etibarlılıq dərəcəsi sayəsində EDS vasitəsi ilə tələbələr axtarışları həyata keçirərkən vaxt itirməyəcək və onların məlumat axtarışı qabiliyyətləri daha da təkmilləşəcək”.
E.Qasımov əlavə olaraq vurğulayıb ki, EDS bütün sistem mənbələrinə daxil olma imkanını yaradaraq Gələcəyə Doğru planına dəstək olur: “EDS-in bütün kitabxana mənbələrinə hər zaman və hər yerdən daxil olma imkanını təmin etməsi olduqca əhəmiyyətlidir. BANM-in bütün tələbə və işçiləri kampusda və kampusdan kənarda EDS-ə kitabxananın internet səhifəsindən həftənin istənilən günü 24 saat daxil ola biləcəklər”.
BANM EDS-i tətbiq edən Azərbaycanın ilk ali təhsil müəssisəsi olaraq bu sistemi öz inkişafının mühüm tərkib hissəsi olaraq görür və bu zamana qədər tətbiq olunmuş sınaq versiyası özünü doğruldub. Rektor onu da vurğulayıb ki, “istifadəçilər EDS-in axtarış sistemindən və istifadə üçün rahat və əlverişli olmasından razıdır. EDS-in müştəri xidməti də mükəmməldir” – deyə sözügedən məqalədə bildirilir.
A.Zeydullayeva
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət