“Bakı Taksi Xidməti” MMC noyabr ayına qədər 400 ədəd London taksisini xəttə buraxacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nəqliyyat Nazirliyindən məlumat verilib.
“Bakı Taksi Xidməti” MMC üçün 500 ədəd London taksisi idxal edilib və onlar müvafiq avadanlıqla təmin edilib. Bu taksilərdən 100-ü istismara verilib, 400 taksi isə bu həftənin sonuna qədər xəttə buraxılacaq”, - deyə nazirlikdən bildirilib.
Nazirliyin məlumatına əsasən, yaxın vaxtlarda “City Bus" MMC-nin fəaliyyətinin təşkili üzrə işlərə başlanılacaq.
Bundan əlavə, 2015-ci ilin sentyabr ayından “Baku Bus” MMC-nin avtobusları şəhərdaxili sərnişin daşımalarına buraxılıb.
“Hazırda bu şirkətin avtobusları Bakıda 6 xətt üzrə sərnişindaşımalara cəlb edilib. Texniki məsələlər həll olunduqca “Baku Bus” şirkətinin avtobusları cari ilin noyabr ayına qədər tam şəkildə xidmətə başlayacaq”,- deyə nazirlikdən bildirilib.
“Baku Bus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “Baku Bus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
Daha sonra Nazirlər Kabinetinin digər sərəncamları ilə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti yanında “Bakı Taksi Xidməti” MMC və “City Bus” MMC yaradılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət