Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı “Doing Business-2016: tənzimlənmənin keyfiyyəti və səmərəliliyinin qiymətləndirilməsi” reytinqində 189 ölkə arasında 63-cü yeri tutub.
“Doing Business-2016” hesabatında Azərbaycanın uzaqlıq göstəricisi ötən ilin hesabatının yekunları üzrə 66,65 bala qarşı 67,8 bal təşkil edir. Bu, Azərbaycana reytinqdə 63-cü yerdə qalmağa imkan verib.
“Doing Business”in saytında dərc edilmiş hesabata əsasən, 2014-cü il iyun ayından 2015-ci ilin iyun ayına qədər olan dövr ərzində Azərbaycan üç uğurlu islahat həyata keçirib. Həmin islahatlar biznesə başlama, tikinti üçün icazələrin alınması və minoritar səhmdarların hüquqlarının qorunması ilə bağlı olub.
Bir sıra indikatorlar üzrə Azərbaycan qlobal reytinqdə mövqeyini yaxşılaşdırıb.
Xüsusilə Azərbaycan reytinqdə “Biznesə başlama” indikatoru üzrə 7-ci, “Kiçik səhmdarların müdafiəsi” üzrə 36-cı, “Müqavilələrin icrası” üzrə 40-cı, “Müflisləşmə problemlərinin həlli” üzrə 84-cü, “Tikinti üçün icazələrin alınması” üzrə 114-cü, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə 110-cu yerdədir.
Digər indikatorlar üzrə Azərbaycanın reytinqdə mövqeyi pisləşib. Xüsusilə Azərbaycan “Əmlakın qeydiyyatı” indikatoru üzrə 22-ci, “Vergilərin ödənilməsi” üzrə 34-cü, “Sərhədyanı ticarətin inkişafı” üzrə 94-cü, “Kreditlərin alınması” üzrə 109-cu yeri tutub.
Reytinqdə postsovet ölkələri arasında Azərbaycan Estoniya (16-cı), Litva (20-ci), Latviya (22-ci), Gürcüstan (24-cü), Ermənistan (35-ci), Qazaxıstan (41-ci), Belarus (44-cü), Rusiya (51-ci) və Moldovanı (52-ci) geridə qoyub.
Postsovet məkanının digər ölkələri reytinqdə Azərbaycandan daha aşağı mövqelərdə qərarlaşıblar.
“Biznesin aparılması-2016: tənzimlənmənin keyfiyyəti və səmərəliliyinin qiymətləndirilməsi” araşdırmasında qeyd olunur ki, ötən bir il ərzində 122 ölkədə yerli sahibkarlar ölkələrində hüquqi sahədə vəziyyətin yaxşılaşmasını qeyd edirlər. 2014-cü ilin iyun ayından 2015-ci ilin iyun ayına qədər 189 ölkəni əhatə edən hesabat biznesin tənzimlənməsi sahəsində 231 islahat qeydə alıb. Hüquqi normaların sadələşdirilməsinə yönələn islahatlar sırasında ötən il olduğu kimi, 2014-2015-ci illərdə də müəssisələrin yaradılması prosedurlarının sadələşdirilməsini qeyd etmək olar. Vergiqoyulma, elektrik təchizatına qoşulma və mülkiyyətin qeydiyyata alınması sahəsində islahatlar da populyar olub.
Kosta-Rika, Uqanda, Keniya, Kipr, Mavritaniya, Özbəkistan, Qazaxıstan, Yamayka, Seneqal və Benin 2014-cü ildən 2915-ci ilə qədər dövrdə biznesin aparılması göstəriciləri üzrə ən yaxşı naticələr əldə etmiş ölkələr sırasaına daxil olublar. Ümumilkdə bu 10 ölkə sahibkarlıq sahəsinin yaxşılaşdırılmasına yönələn 39 tənzimləyici islahat həyata keçirib.
2014-2015-ci illər ərzində həyata keçirilən islahatların ümumi sayının 30%-i Saxaradan Cənuba doğru, Afrika regionunun payına düşüb. Bunun ardınca Avropa və Mərkəzi Asiya regionu gəlir. Afrikada Kommersiya hüququnun harmonizasiyası üzrə təşkilata üzv ölkələr xüsusilə fəal olublar. Ötən il ərzində 17 üzv ölkənin 14-ü biznesin aparılmasının yaxşılaşdırılması üzrə 29 islahat həyata keçirib. Bu islahatların 24-ü hüquq normalarının sadələşdirilməsinə, onlardan 5-i isə hüquq institutlarının güclənməsinə imkan yaradıb.
Bu il hesabata 4 istiqamət üzrə keyfiyyətin qiymətləndirilməsi daxildir: əmlakın qeydiyyatı, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkəsinə qoşulma və müqavilələrin icrasının təmin edilməsi. Onların aktuallığını artırmaq məqsədi ilə “Beynəlxalq ticarət” indikatorunun göstəricilərinə təkrar baxılıb. Hazırda şərti ssenari hər bir ölkə üçün prioritet ixrac məhsulu və bütün ölkələr arasında yayılan və idxal üçün nəzərdə tutulan sənaye mallarının (avtomobil ehtiyat hissələri), həmçinin bu və ya digər ölkə üçün idxal və ixrac üzrə aparıcı ticarət tərəfdaşları üzərində cəmləşir.
Bu ilin hesabatında 7 tematik qeyd təqdim olunub. Onlardan 5-i bu il tətbiq edilən yeni və genişləndirilmiş indikatorlarla əhatə olunan hüquqi və tənzimləyici xüsusiyyətləri qiymətləndirir. Onlara əmlakın qeydiyyatı, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkəsinə qoşulma və müqavilələrin icrasının təmin edilməsi, beynəlxalq ticarət aiddir. Digər iki tematik qeyd maraqların və retrospektiv məlumatlar sahəsinin təhlilini həyata keçirir.
Sinqapur yenidən reytinqin lideridir.
Xəbər verildiyi kimi, "Doing Business-2015" hesabatına əsasən, Azərbaycan ayrı-ayrı indikatorlar üzrə aşağıdakı göstəricilərə mailk olub: “Əmlakın qeydiyyatı” indikatoru üzrə 10-cu, “Vergilərin ödənilməsi” üzrə 33-cü, “Tikinti üçün icazələrin alınması” üzrə 150-ci, “Elektrik enerjisinin alınması” üzrə 159-cu, “Sərhəd yaxınlığında ticarət” indikatoru üzrə 166-cı, “Müflisləşmə problemlərinin həlli” üzrə 94-cü, “Kreditləşdirmə” üzrə 104-cü yer.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət