Türkiyənin “ABB Elektrik Sanayi A.S.” şirkəti (Almaniyanın ABB şirkətinin Türkiyədəki bölməsi) Trans-Anadolu qaz kəmərinin (Trans Anadolu Pipeline, TANAP) tikintisi layihəsi çərçivəsində SCADA sistemini tətbiq edəcək. Bu barədə layihənin reallaşdırılması üzrə TANAP konsorsiumunun məlumatında deyilir.
“Bu şirkət 2015-ci ilin yanvar ayında TANAP konsorsiumunun elan etdiyi tenderin qalibi olub. Tender SCADA /Тelekommnikasiyalar sistemi ilə əlaqədar EPS-müqaviləyə (layihələndirmə, satınalma, tikinti və quraşdırma) müvafiq olaraq podratçı seçimi üzrə keçirilib. “ABB Elektrik Sanayi A.S.” ilə qeyd edilən işlərin icrasına dair müqavilə artıq imzalanıb”, - deyə məlumatda qeyd olunur.
Ümumilikdə, tenderdə 9 şirkət iştirak edib.
TANAP qaz kəmərinə Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1,8 min kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.
2015-ci il martın 17-də Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməli qoyulub. İlkin mərhələdə 1,337 min kilometr uzunluğunda TANAP-ın quru hissəsinin boru xəttinin çəkilməsini nəzərdə tutulur. İşlərin podratçıları 3 şirkətdir - “Fernas İnşaat A.Ş”, “Sicim-Yüksel-AKKORD Adi Ortaklığı” və “TEKFEN İnşaat ve Tesisat A.Ş”. Ümumilikdə bu şirkətlər qaz kəmərinin Eskişehir şəhərinə qədər olan hissəsini inşa edəcəklər.
Trans-Anadolu qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.
TANAP layihəsi $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət