Fransanın “Axens” şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda dizelin və benzinin hidrotəmizlənməsi qurğuları üzrə lisenziar seçilib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) saytında məlumat verilir.
Çərşənbə günü Bakıda SOCAR ilə “Axens” arasında lisenziyaya dair müqavilə imzalanıb.
İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulmasıvə modernləşməsiçərçivəsində bir neçə yeni qurğunun - bitum istehsalı, dizel hidrotəmizləmə, hidrogen istehsalı qurğusu, aminlə təmizləmə, "LPG Merox", isomerizasiya, nafta və katalitik krekinqdən alınan benzin fraksiyasının hidrotəmizlənməsi, kükürd istehsalı və s. qurğuların inşası planlaşdırılır.
R.Abdullayevin sözlərinə görə, bununla əlaqədar qurğular üzrə lisenziyaların alınması və eləcə də layihələndirmə xidmətlərinin yerinə yetirilməsi istiqamətində işlərə başlanılıb və cari ilin noyabr ayının sonuna kimi müqavilələrin imzalanması nəzərdə tutulur.
Şirkət rəhbəri onu da bildirib ki, SOCAR uzun müddətdir “Axens” şirkəti ilə əməkdaşlıq edir. Xüsusilə SOCAR-a məxsus olan və Türkiyədə tikilən "Star" neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları Fransa şirkətinin lisenziyası əsasında inşa edilir.
Daha əvvəl R.Abdullayevə istinadən məlumat verilib ki, 2015-ci ilin sonunda SOCAR BNEZ-in yenidən qurulmasıvə modernləşməsiüzrə işlərə başlamağı və 2018-ci ilin sonunda bitirməyi planlaşdırır. Bu, zavodda "Euro-5" standartına cavab verən daha yüksək keyfiyyətli benzin və dizel yanacağının istehsalını həyata keçirməyə və 2030-cu ilin ortalarına qədər ölkənin bu yanacaq növlərinə olan tələbatını ödəməyə imkan verəcək.
Xəbər verildiyi kimi, BNEZ-in yenidən qurulması və modernləşməsi layihəsinə neftin ilkin emalı üzrə qurğunun gücünün illik 6 mln. tondan 7,6 mln. tona qədər, katalitik krekinq qurğusunun gücünün illik 2 mln. tondan 2,5 mln. tona qədər artırılması daxildir.
Heydər Əliyev adına BNEZ-də yenidənqurma və modernləşmə nəticəsində avtomobil benzininin illik istehsal həcmi 1,3 mln. tondan 2,2 mln. tona qədər, dizel yanacağının istehsal həcmi 2.3 mln. tondan 2,9 mln. tona qədər, təyyarə yanacağının istehsal həcmi 700 min tondan 1 mln. tona qədər artacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət