Hazırda Azərbaycanda biznes mühtinin yaxşılaşdırılması üzrə həyata keçirilən islahatlar “Doing Business 2017” reytinqində respublikanın mövqeyini yaxşılaşdırmağa şərait yaradır. Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev belə hesab edir.
“Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalara 2 illik moratoriumun tətbiqi haqqında qanunun qəbul edilməsi, həmçinin prezidentin gömrük və lisenziya prosedurlarının sadələşdirilməsi, əsassız yoxlamaların qarşısının alınmasına yönələn fərmanları “Doing Business 2016” hesabatında öz əksini tapmayıb. Bu islahatlar “Doing Business 2017” hesabatında ölkənin göstəricilərini yaxşılaşdırmağa imkan yaradacaq”, - deyə Ş.Abdullayev AzTV dövlət telekanalında efirə gedən “Günün nəbzi” verilişində bildirib.
Onun sözlərinə görə, həmin islahatlar həm də biznes risklərinin azalmasına imkan verəcək, bu isə nəticədə sahibkarların kreditlərə çıxışını asanlaşdıracaq.
“Biznes üçün böyük risklər biznes kreditləri üzrə dərəcələrin artmasına da təsir edir. Bu risklərin azalması ilə bankların biznesin kreditləşməsinə marağı artacaq. Biz kredit bazarında dərəcələrin, o cümlədən kommersiya kreditləri üzrə dərəcələrin birrəqəmli səviyyəyə qədər aşağı düşəcəyini gözləyirik”, - deyə Ş.Abdullayev bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan “Doing Business-2016: tənzimlənmənin keyfiyyəti və səmərəliliyinin qiymətləndirilməsi” reytinqində 189 ölkə arasında 63-cü yeri tutub. “Doing Business-2016” hesabatında Azərbaycanın uzaqlıq göstəricisi ötən ilin hesabatının yekunları üzrə 66,65 bala qarşı 67,8 bal təşkil edir. Bu, Azərbaycana reytinqdə 63-cü yerdə qalmağa imkan verib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət